Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsahibə mərhələsinin keçirilməsi ilə bağlı elan

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında vakant olan orta və böyük  rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsahibə mərhələsinin keçirilməsi ilə bağlı E L A N Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar 4 iyun 2018-ci il tarixdə elan edilmiş müsabiqənin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası…

Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan geniş tikinti-qruculuq işləri yol təsərrüfatını da əhatə edib. Müasir avadanlıqlarla təmin…

Naxçıvanda Aşura mərasimləri keçirilmişdir

Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslamın dəyərlərinə uyğun qeyd olunur. Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul olunmuşdur. İslamdan sonra Aşura günü Kərbəla hadisəsi ilə bağlı olmuşdur. İmam Hüseyn və tərəfdarları həmin gün haqq uğrunda şəhadətə qovuşmuşlar. Bu günün mahiyyətində iman sevgisi, savab…

Şərur rayonunun İbadulla kəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur. Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının  istifadəyə verilməsi ilə qeyd olunmuşdur…

Naxçıvan şəhərindəki tarixi binalar yenidən qurulur

Muxtar respublikada tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdətdə götürülür. Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır. Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan yenidənqurma işləri ilə tanış olub.…

Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilmişdir

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir”, – fikrini xatırladaraq demişdir: Ümummilli liderimiz Azərbaycana hər…

Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur !

Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur ! Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində keçmişdən miras qalmış ekoloji problemlər aradan qaldırılmış, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılmışdır. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ…

Yengicə hamamı bərpa olunub

Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır. Son illər tarixi abidələrimiz – qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilib.…

Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsi istifadəyə verilib

Muxtar respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Bu günə qədər muxtar respublikanın 4 şəhərində və 12 kəndində içməli su şəbəkəsi qurulub. İnsan amilinə verilən qiymətin daha bir ifadəsi olan bu tədbir Şərur rayonunun Yengicə kəndini də əhatə edib, kənddə yeni içməli su şəbəkəsi qurulub. Naxçıvan…

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilir

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti vakant vəzifələrin tutulması üçün 1 iyun 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 21 avqustdan start verilib. Müsabiqəyə 53 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 49 nəfər sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.…