Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən Novruz Şəhərciyində iştirak ediblər. Əvvəlcə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül…

Nazir Süleyman Neymətov Naxçıvanda polisə qəbulla bağlı sıra baxışı keçirib.

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. Tədbirdə 11 nəfər Vətən müharibəsi  iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131…

Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib

Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsinin açılış mərasimində iştirak edib. Əvvəlcə səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə muxtar respublikada görülən işlər…

Naxçıvanda 3 şəhid ailəsinə və 5 qaziyə mənzil, 12 qaziyə isə avtomobil təqdim olunub

Martın 16-da – Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailəsi və qazilərlə görüşüb, 3 şəhid ailəsinə, 5 qaziyə yeni mənzil, 12 qaziyə isə avtomobillər təqdim olunub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli…

Naxçıvanda bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib

İmtiyazlı şəxslər avtomobillə, sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla, özünüməşğulluq proqramına cəlb olunanlar aktivlərlə təmin olunublar Martın 16-da Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olanlara avtomobillər təqdim edilib. Mənzil və avtomobillərin təqdimatı tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin…

Nazir Vilayət Eyvazov Şəmkirdə vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15-də və 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Şəmkir şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini…

Şərur rayonunun Vərməziyar kəndində məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib

Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə…

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil…

Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub. Həmin gün…

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb, 28 noyabr 2022-ci il tarixdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası…