Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb. Məlumat verilib ki, Darıdağ arsenli…

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin…

Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunan qadınları, eyni zamanda, onların timsalında bütün muxtar respublika qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: Qadınlar cəmiyyətin əsas aparıcı qüvvəsidir. Çünki qadın əməyi olmadan…

Zeyvə və Düdəngə kəndlərində içməli su sistemləri qurulacaqdır

Muxtar respublikanın kəndlərində aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində əhalinin içməli suya olan tələbatının ödənilməsinə xüsusi diqqət yetirilir. Kəndlərdə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı, həm də müasir içməli su sistemləri qurulur, sakinlər 24 saat davamlı və keyfiyyətli su ilə təmin olunurlar. Bu sahədə görülən tədbirlərin tərkib hissəsi olaraq Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində…

Şərur şəhər avtomobil yolları yenidən qurulacaq, Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır

Muxtar respublikada aparılan quruculuq işləri Şərur şəhərini müasir görkəmə qovuşdurub. Şəhərdə yeni inzibati binaların, sosial obyektlərin eləcə də yaşayış binalarının istifadəyə verilməsi, müasir içməli su sistemlərinin və kanalizasiya sistemlərinin qurulması əhalinin rahat yaşayışına xidmət edir. Quruculuq tədbirləri 2019-cu ildə də davam etdiriləcək. Şərur şəhərinin avtomobil yolları yenidən qurulacaq, rayon Mədəniyyət Sarayı üçün yeni bina və…

Kəngərli rayon sakinləri dövlət qayğısına görə minnətdarlıq edirlər

Rayon sakini, ziyalı Əbülfəz Orucov minnətdarlıq edərək deyib: Bu gün biz sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Rahat yaşayışımıza görə dövlətimizə minnətdarıq. Kəngərli rayonunda bütün sahələr inkişaf edir. Təhsil işçiləri də qayğı ilə əhatə olunub. Sakinlər bundan sonra da Ulu Öndərimizin yoluna sadiq qalacaq, rayonun…

Dövlət Sığorta Agentliyinə səyyar xidmət avtomobilləri verilib, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılıb

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında yaradılan şəraitlə tanış olub, Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilib. Bildirilib ki, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün 7 iş otağı ayrılıb, otaqlarda müasir iş şəraiti yaradılıb. Agentliyin otaqları üçün fərdi istilik sistemi qurulub,…

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və Kəngərli rayon dini icmasına xidməti avtomobil təqdim edilib

Martın 7-də Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunub, Kəngərli rayon dini icmasına xidməti avtomobil verilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki,…

Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub
Qıvraq qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı dinamik əhali artımı ilə müşahidə olunur. Bu da məskunlaşmanın artmasına və yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olub. 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu da ötən dövrdə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Martın…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri Möhsün Nərimanı təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulayıb, muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkib.…