Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq…