Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri ATƏT-in uzunmüddətli müşahidə qrupunun nümayəndə heyəti ilə görüşüb

Yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün muxtar respublikaya təyin olunmuş ATƏT-in uzunmüddətli müşahidə qrupunun rəhbəri İnqo Büttner və müşahidə qrupunun üzvü Elizaveta Borisova ilə görüşüb. Görüşdə parlament seçkiləri ərəfəsində, eləcə də seçki günü təhlükəsizliyin və ictimai asayişin qorunmasında polisin rolu və daxili…

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki…

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür
Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb

1924-cü il  yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur. Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər…

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov şuranın 2019-cu il ərzində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, polis veteranları ilə işin təşkil olunmasından çox…

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Culfa rayonunda da icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılmışdır. Yaradılan şərait bu sahədə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Culfa Rayon…

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini yüksəldib. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də…

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında kollegiya iclası keçirildi

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə  Əməliyyat Briqadasının   2019-cu ildə  xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrasına dair iclası keçirilib. İclasda  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyev siyasi kursunun  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, möhkəm təməllər…

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11…

V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2020-ci il

Darkənd su dəyirmanı yenidən qurulub

Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bu günədək qoruyub saxlayıb. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların…