Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”. Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır,…

Duzdağa adi mağara kimi baxan mağara təfəkkürlülər – CAVAB

İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin üzvləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, nazirlik, komitə, xidmət, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Müşavirədə Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi…

Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub

Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Sabitlik, inkişaf və…

Naxçıvanda qayğıya ehtiyacı olanlara mənzillər təqdim olunub

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş şəxsə yeni mənzillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi qayğı ilə…

12 Mart Daxili Qoşunlar Günüdür
İctimai sabitliyin keşiyində

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur. Ölkəmizdə Daxili Qoşunların formalaşması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin…

Naxçıvanda idman festivalı keçirilib

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib. Festival iştirakçıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər. Festival başlamazdan əvvəl “Saat meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət…

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar…