Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub
Səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim edilib

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınan yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks…

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Naxçıvanda Süni Mayalanma…

Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”. Ulu öndərin siyasi xətti Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqi yoludur. Bu gün muxtar respublikada dahi rəhbərin yolunun davam etdirilməsi çoxşaxəli inkişafın əsasını qoymuş,…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Ölkəmizə   rəhbərliyi dövründə ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən…

Müstəqil Azərbaycanın memarı

Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə…

Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim olunub

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Vətən müdafiəçiləri cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur”. Bu gün Naxçıvan Muxtar Respublikasında Vətənimizin  müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sağlamlıqlarının bərpası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və minik avtombilləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Mayın 9-da – faşizm…

Naxçıvanda faşizm üzərində Qələbənin 75-ci ildönümü qeyd olunub

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 75-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı…

Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib

Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə – buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir.…

Mirzə Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  aprelin 27-də  Mirzə Cəlilovun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə…

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin”. Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan…