Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibəti ilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib. Ali Məclisin Sədri kursantları salamlayıb. Kursantlar orkestrin müşayiəti ilə dövlət himnini ifa ediblər. Naxçıvan Muxtar Respublikası…

Heydər Əliyev Muzeyindəki rəsm əsərlərindən və xalçalardan ibarət sərgi açılıb

Milli Qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, – deyən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət digər sahələr kimi, mədəniyyətimizin, rəssamlıq sənətinin də inkişafına səbəb olmuşdur. Bu gün…

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Sosial qayğıya ehtiyacı olanlara mənzil və avtomobillər təqdim edilib

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini…

Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Ordubad rayonunun Tivi kəndində yeni su elektrik stansiyası tikiləcək

Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra iqtisadi inkişafın prioritet istiqaməti kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində kompleks tədbirlər görülmüşdür. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Muxtar respublikada alternativ və bərpa olunan…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin və mükafatların təqdimatı olub

Ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixidir. “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, – deyən ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə kompleks islahatların həyata keçirilməsinə səbəb olubdur. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsi yüksək inkişaf göstəriciləri – sabitlik,…

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunmuşdur. Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan bərpa işləri ilə maraqlanıb. Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov…

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su…

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir”.  Ulu öndərimizin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib

Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi 2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi 3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

“İxrac ilinə” mühüm töhfə
“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral…