Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli…

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2020-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirilib ki,…

Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Suyun nə dərəcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq”. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi yaşayış məntəqələrinin içməli su təminatı mühüm…

Cəlilkənddə içməli su şəbəkəsi qurulub

“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub. İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Məlumat verilmişdir ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin…

Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün milli mətbuatımızın yaranmasından 145 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Eyni zamanda, 22 iyul dövlətçilik tariximizdə əlamətdar gün…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib

İyulun 21-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib. 1. 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Cari məsələ Sessiyada gündəlikdə duran birinci məsələ ilə bağlı çıxışlar olub. Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev deyib ki, aqrar sahədə həyata keçirilən…

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb.  İyulun…

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir… Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir…

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, enerji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm…