Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulmuşdur. Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…