Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırmış, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirmişdir. Hər iki ölkə…