Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşmüşdür. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırmışdır. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası…