İctimai təhlükəsizliyin qorunması və vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi  may ayında da  fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində quraraq bütün xidmət sahələri üzrə müsbət nəticələrin  əldə olumasına səy göstərib. Bu dövrdə vətəndaşlar arasında hüquqi- maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. May ayında aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2  avtomat, 1  qaz tapançası, 11  ov, 1 …

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb. İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin…

Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir. İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb.…

Yeraltı piyada keçidləri təhlükəsizliyə təminatdır

Həmin gün Şərur şəhərində “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı piyada keçidinin açılışında iştirak edib. Məlumat verilib ki, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan keçidin möhkəmləndirilməsi üçün tunelin yan divarlarına və örtüyünə dəmir-beton qatı verilib, membranla izolyasiya olunub. Keçiddə…

Şərur şəhər avtomobil yolları yenidən qurulub

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilib Naxçıvan Muxtar Respublikası Ali…

Milli Qurtuluş Gününün bəhrələri – müasir Şərur şəhəri

“Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul…

Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. Əlverişli coğrafi mövqeyi və…

“Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılmışdır

Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Mayın 25-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşmüşdür. Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi səhəsində görülən işləri diqqətə çatdırmışdır. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali…

Gələcək hüquqşünaslar orta ixtisas polis məktəbində olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”, eləcə də 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamları və onların icrası…