Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizin gələcək müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilmiş, geniş quruculuq işləri aparılmışdır. Bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikaya təbii qazın…

Quruculuq tədbirləri turizm bölgəsi olan Unus və Pəzmərinin inkişafına töhfədir

Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur. İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmışdır. Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı,…

Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur. İyulun 13-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə tanış olmuşdur. Bildirilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su…

Vələver, Dırnıs və Kələki kəndlərində əhalinin rahatlığı üçün müasir şərait yaradılır

Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcəkdir. İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində inşa olunan sosial obyektlərdə…

Orta İxtisas Polis Məktəbində ilk buraxılış mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin ilk buraxılış mərasimi keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Məktəb muxtar respublikanın…

Naxçıvanda Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri ilə görüş olub

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşmüşdür.  Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar…

İctimai təhlükəsizliyin qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyun ayında fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuşdur. Bu dövrdə vətəndaşlar arasında hüquqi maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2 avtomat, 1 pulemyot, 1 tapança, 1 TOZ-8, 1 qaz tapançası, 2 ov silahı, 2 tir silahı, 3 əl…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

 İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib. 1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Iyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Ali Məclisin Sədri səfiri salamlayıb, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus…

Naxçıvan şəhərində Modul tipli Xəstəxana istifadəyə verilib

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm…