Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün yeni imkanlar açır

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, mağaza və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 2 nəfər işlə təmin olunmuşdur.
Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.

Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Oktyabrın 1-də Araz kənd mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir.…

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbəlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs etmişdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləridiqqətə çatdıran…

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur. Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji…

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilmişdir. Ulu öndər bu barədə demişdir: “Naxçıvanın qədim, zəngin…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri…

Ordubad şəhər stadionu yenidən qurulub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilmiş, sadə idman qurğuları quraşdırılmış, 30 yerlik avtomobil dayanacağı yaradılmışdır. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində…

Ordubad Cümə məscidində bərpa işləri davam etdirilir

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tarixi-memarlıq abidələri, məscid, imamzadə və ziyarətgahlar bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri davam etdirilir. Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanmışdır. Bildirilmişdir ki, ötən…