Muxtar respublikanın səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobilləri verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir”. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas məsələlərdəndir. Xüsusilə sakinlərin hərtərəfli tibbi xidmətlə təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17…