Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır. Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin…