Keçid müddəaları

Keçid müddəaları   I. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər təyin edildikdən sonra qüvvəyə minir. III. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu Qanunda nəzərdə…

Üçüncü fəsil. Yekun müddəalar

Üçüncü fəsil. Yekun müddəalar   Maddə 17. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi I. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar. II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. III. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər…

İkinci fəsil. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi

İkinci fəsil. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi   Maddə 10. Əməliyyat-axtarış tədbirləri I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının…

Birinci fəsil. Ümumi müddəalar

Birinci fəsil. Ümumi müddəalar   Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri I. Əməliyyat-axtarış fəaliyyəti — müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir. II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə…

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.

Keçid müddəaları

Keçid müddəaları   I. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. II. Hakimlərin bu Qanunun 21-ci maddəsinin I—III hissələrində, 22-ci maddəsində, 23-cü maddəsinin 8—10-cu bəndlərində, 24-cü maddəsinin III hissəsinin 1-ci bəndində və II—IV hissələrində, 25-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş azadlıq və mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılmasına dair səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan, habelə «Məhkəmələr…

VI fəsil. Polisin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı

VI fəsil. Polisin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı   Maddə 39. Polisin fəaliyyətinin maliyyələşdirilməsi  I. Polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. II. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən polis əməkdaşlarının sayını və onlara çəkilən xərclərin məbləğini Azərbaycan Respublikasının müvafiq…

V fəsil. Polis əməkdaşının maddi və sosial təminatları

V fəsil. Polis əməkdaşının maddi və sosial təminatları   Maddə 35. Polis əməkdaşının əməyinin ödənilməsi I. Polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq…

IV fəsil. Polisdə xidmət keçmənin əsasları

IV fəsil. Polisdə xidmət keçmənin əsasları   Maddə 28. Polis əməkdaşının xidmətə qəbul edilməsi I. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan və Azərbaycan Respublikasının…

III fəsil. Şəxsin azadlıq, mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılması, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının səlahiyyətləri

III fəsil. Şəxsin azadlıq, mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılması, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının səlahiyyətləri   Maddə 21. Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər: 1) cinayət və ya inzibati hüquqpozma…