Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Ali Məclisin Sədri səfiri salamlayıb, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.
Zurab Pataradze göstərilən diqqətə görə minnətdarlıq edib, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından danışıb. İkitərəfli münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını ifadə edən qonaq Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, xatirə şəkli çəkdirilib.