Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmalıdır.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev aidiyyəti üzrə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək aidiyyəti üzrə tapşırıqlar vermiş, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.