Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
Iyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Ali Məclisin Sədri səfiri salamlayıb, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus…