Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisi üçün müasir iş şəraiti yaradılıb
Muxtar respublikada vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır. Həyata keçirilən islahatlar ədliyyə sistemi və onun maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin yeni inzibati binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının…