Xidmət mərkəzi gündəlik ehtiyacların ödənilməsini təmin edəcək
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kəndində xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur. Ali Məclisin Sədri yerli məhsulların satışına…