Yeni yolların salınması rahatlığa xidmət edir
Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulmuşdur. Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır. Bildirilmişdir ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınmış, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmiş,…