Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilmiş, sadə idman qurğuları quraşdırılmış, 30 yerlik avtomobil dayanacağı yaradılmışdır. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində qarderob və digər köməkçi otaqlar, ikinci mərtəbədə isə qapalı tribuna yerləşir.

Süni örtüklü futbol meydançasının eni 45, uzunluğu isə 90 metrdir. Meydançanın ətrafında qaçış zolağı salınmış, ehtiyat oyunçular üçün hər biri 6 oturacaqdan ibarət 2 yer ayrılmış, monitor və 4 projektor quraşdırılmışdır.
Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.
Ali Məclisin Sədri stadionda rayondaxili və rayonlararası yarışların keçirilməsi, qurulanların qorunması ilə bağlı tapşırıqlar vermişdir.