Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyun ayında fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuşdur. Bu dövrdə vətəndaşlar
arasında hüquqi maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib.
Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2 avtomat, 1 pulemyot, 1 tapança, 1 TOZ-8, 1 qaz tapançası, 2 ov silahı, 2 tir silahı, 3 əl qumbarası, 3 süngü bıçaq, 7 xəzinə, 378 döyüş sursаtı götürülüb. Hesabat dövründə yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili də diqqətdə saxlanılıb, ümumtəhsil məktəblərində bir sıra məqsədyönlü tədbirlər görülərək şagirdlərlə 40 görüş keçirilib. Görüşlər zamanı yetkinlik yaşına çatmayanlarla idmanın əhəmiyyəti, onun insan sağlamlığına müsbət təsiri, həmçinin sağlam həyat tərzi və yol hərəkəti təhlükəsizliyi qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.
İyun ayında polissahə inspektorları da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq mülki hüquqi öhdəliklərin icrasından yayınan 4 nəfər barəsində axtarış işi açıb, həmin şəxslərin hamısı tutularaq açılma göstəricisi 100 faiz təşkil edib. Nazirliyin Dövlət Yol Polisi
İdarəsi tərəfindən 514 sürücülük vəsiqəsi, 321 dövlət qeydiyyat nişanı, 648 qeydiyyatşəhadətnaməsi verilib, 50 nəqliyyat vasitəsinin ilkin, 630 nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparılıb. Həmçinin ay ərzində ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin vaxtlı-vaxtında verilməsi də diqqətdə saxlanılıb, 972 nəfər ümumvətəndaş pasportu, 5177 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Həmçinin nazirliyin “Səyyar xidmət’’i tərəfindən vətəndaşlara göstərilən xidmət də davam etdirilib. Belə ki, Şərur, Babək, Şahbuz və Kəngərlirayonlarında 1376 vətəndaşa şəxsiyyət, 100 vətəndaşa sürücülük vəsiqəsi, 6 nəfərə məhkumluq haqqında arayış verilib.
Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin
mətbuat xidməti