Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib
Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər müasir görkəm almışdır. Bu tədbirlərlə yanaşı, sakinlərə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikaların tətbiqi yaşayış məntəqələrinin təmizlik səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və insan sağlamlığının qorunmasına,…