Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təhsil almaq arzusunda olan çoxsaylı vətəndaş müraciətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 21 yanvar 2021-ci il tarixli 6 nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 2021/2022-ci tədris ili üçün kursant qəbuluna dair elanın müddəti Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 5 mart 2021-ci il tarixli 28 nömrəli əmrinə əsasən 2021-ci il mart ayının 19-dək uzadılmışdır.