İlin yekunları müzakirə olunub

“Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının 2020-ci ildə xidməti döyüş fəaliyyətinin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində müşavirə keçirilib. Müşavirəni Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Hesabat məruzəsi ilə geniş çıxış edən “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev ötən il briqada qarşısında qoyulan vəzifələrin icrası istiqamətində…