Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, 11 kilometrlik yola asfalt örtük salınıb. Tikinti işləri aparılarkən yolun üzərində 228 su keçidi qoyulub, 2261 metr beton su kanalı çəkilib, 1 yeni körpü tikilib, 1-i isə təmir edilib.