Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu yenidən qurulub
Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Bildirib ki, Vənənd kəndində kompleks tikinti işləri aparılarkən 10,7 kilometrlik yol da yenidən qurulub. Tikinti işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb,…