Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın xilasının əsasını qoyub. Dahi şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi tədbirlər ölkəmizin bugünkü inkişaf və tərəqqisinə hesablanıb. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin uzaqgörən siyasətinin bəhrələridir. Son 25 ildə Naxçıvan Muxtar…