Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının göstəricisidir. Ona görə də Naxçıvan Muxtar Respublikasında avtomobil yolları yenidən qurulur, bütün kəndlərdə müasir yol şəbəkələri yaradılır.

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışını edib.

Bildirilib ki, 3270 metr uzunluğundakı avtomobil yolu yenidən qurulmuş, asfalt  örtük salınıb. Eyni zamanda 5200 metr uzunluğundakı kənddaxili yollar təmir olunub. Tikinti işləri aparılarkən yolun üzərində 147 su keçidi qoyulub, 2716 metr beton kanal çəkilib.