Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər…