Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub
Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar…