Daxili İşlər Nazirliyinin tədris bazası yeni mərhələdə
Veteran polislər razılıq edirlər
Xüsusi xidmət orqanlarının qarşısına qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin başlıca şərtlərindən birini ixtisaslı kadrların hazırlanması təşkil edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində də xüsusi təhsili olmayan şəxslərin xidmətə qəbul edilməsinin xidmətin sonrakı mərhələsində müəyyən çətinliklər yaratdığını burada uzun illər çalışmış zabit kimi dəfələrlə görmüşəm. Həmin əməkdaşların ixtisaslı kadrlar kimi formalaşdırılması məqsədilə əlavə ixtisasartırma…