Polis əməkdaşları arasında şahmat yarışı
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 40 əməkdaşı arasında şahmat yarışı keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Yarışın hakimi, beynəlxalq dərəcəli qrossmeyster Urfan Sevdimalıyev birinciliyin keçirilmə qaydaları barədə məlumat verdikdən sonra nazirliyin Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada idmanın bütün sahələrinin inkişafına göstərilən qayğıdan danışıb.…