Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir. Noyabrın 8-də Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə…

Xidmət mərkəzində lazımi şərait yaradılıb

həmin gün yeni xidmət mərkəzinin də açılışı olub. Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş…

Müasir kənd yolları inkişafın göstəricisidir

Noyabrın 8-də Yeni Havuş-Xətai kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Bildirilib ki, 7 kilometrlik yola asfalt örtük salınıb, 1500 metr uzunluğunda kənddaxili yollar hamarlanaraq qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən yolun üzərində 78 su keçidi qoyulub, 750 metr beton su kanalı…

Yeni kənd mərkəzi istifadəyə verilib

Noyabrın 8-də Yeni Havuş və Xətai kəndlərini əhatə edən yeni kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv…

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf…