Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin 2019-cu ilin üçüncü toplanış ilkin hazırlıq kursunu bitirmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov gənc polis əməkdaşlarını polis andını qəbul etmələri münasibətilə daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun adından təbrik edib, xidmətdə uğurlar arzulayıb.

Çıxış edənlər müdavimləri təbrik etdikdən sonra, gənc əməkdaşlar təntənəli şəkildə polis andı içiblər.
Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponatlara baxış olub.