Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “Naz Lifan 320” markalı minik avtomobili təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…