Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi də bu gün sərgiyə baxıb.

Məlumat verilib ki, sərgi-satışa ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, eləcə də  Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Fazil Ələkbərov və nazirliyin  kollektivi özləri üçün hədiyyəlik əl işləri də alıblar.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatların da  əməkdaşları sərgi-satışla tanış olublar.