Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib
Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir. İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində…