31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib
1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş sоyqırımı bəşəriyyət tarixində ən qanlı cinayətdir. Həmin dövrdə Naxçıvanda da ermənilər tərəfindən qırğınlar törədilib, yaşayış məntəqələri dağıdılıb. Xüsusi amansızlıqla aparılan soyqırımlara baxmayaraq naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanıb, mübarizə aparıblar. Erməni vəhşiliklərinin əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açılıb, xalqımıza qarşı törədilən soyqrımlara…