Rayon sakini, ziyalı Əbülfəz Orucov minnətdarlıq edərək deyib: Bu gün biz sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Rahat yaşayışımıza görə dövlətimizə minnətdarıq. Kəngərli rayonunda bütün sahələr inkişaf edir. Təhsil işçiləri də qayğı ilə əhatə olunub. Sakinlər bundan sonra da Ulu Öndərimizin yoluna sadiq qalacaq, rayonun inkişafına öz töhfələrini verəcək, abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.

Ali Məclisin Sədri deyib ki, 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu hazırda muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Bu gün rayonun ən ucqar kəndləri telefonlaşdırılıb, sürətli internet şəbəkəsi qurulub, ən müasir məktəblər, kitabxanalar tikilərək istifadəyə verilib. Bunların hamısı Kəngərli rayonunun 15 ildə qazandığı uğurlardır.