Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri Möhsün Nərimanı təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulayıb, muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkib.…