Fevralın 7-də Kərimbəyli Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 54 yerlik zal yerləşir. Kitabxanada 5789 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Kərimbəyli kənd ərazi ilk təşkilatının 124 üzvü vardır. Onlardan 34-ü gənc, 33-ü isə qadındır.
Yeni Azərbaycan Partiyası Kərimbəyli kənd ərazi ilk təşkilatının sədr müavini Bəhlul Musayev minnətdarlıq edib.
Rabitə evində quraşdırılan 384 yerlik ATS Kərimbəyli kəndində 241 abonentə xidmət edir. Kənddə 106 abonent internetdən istifadə edir. Poçt bölməsində müvafiq xidmətlərlə yanaşı, həm də sakinlərin təqaüdləri ödənilir.
Kənd mərkəzində baytarlıq xidmətinin təşkili üçün yaradılan şərait mütəmadi olaraq baytarlıq müşahidələrinin aparılmasına, dezinfeksiya və dezinseksiya tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri kənddəki ailə təsərrüfatlarının qeydiyyata alınması və onların fəaliyyətinin dəstəklənməsi, baytarlıq müşahidələrinin aparılması və lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.