Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik keçirilib. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışın məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçiriləcək güc çoxnövçülüyü üzrə yarışda iştirak edəcək idmançılar seçməkdən ibarət olub.
Açılış mərasimində çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, bu gün muxtar respublika rəhbəri tərəfindən idmana və idmançılara göstərilən yüksək qayğının tərkib hissəsi olaraq polis əməkdaşlarının fiziki inkişafına və idman məşğələlərinin keçirilməsinə də xüsusi diqqət yetirilir. Bizim də vəzifə borcumuz idman məşğələlərində mütəşəkkilliklə iştirak etmək, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdir. Rəşad Seyidov daxili işlər naziri adından idmançılara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov və idman cəmiyyətinin rəisi, polis baş leytenantı Elməddin Abdullayev çıxış edərək Naxçıvan idmançılarının mötəbər yarışlarda əldə etdikləri qələbələrdən danışıb, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını vurğulayıblar. Yarışda16komandanın108idmançısı mübarizə aparır.
İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrinisınayırlar. Qeyd edək ki, birinciliyin final görüşləri bu gün keçiriləcək.