Fəsil I. Ümumi müddəalar
Fəsil I. Ümumi müddəalar Bu Qanun Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatının məqsədini, prinsiplərini və növlərini, habelə dövlət daktiloskopik qeydiyyatının aparılması sahəsində yaranan ictimai münasibətləri nizamlayır. Fəsil I. Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1) dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanılması, təsnifatı…