Məscid və mərasim evi istifadəyə verilib, dini icmalara xidməti avtomobillər təqdim edilib
Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir. Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər…