Yengicə hamamı bərpa olunub
Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır. Son illər tarixi abidələrimiz – qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilib.…